
"Monako"nu ərəb klubuna dəyişdi
Səudiyyə Ərəbistanının NEOM klubu Simon Buabrenin transferi ilə bağlı “Monako” ilə razılığa gəlib.
Sportlife.az xəbər verir ki, transfer məbləği 10 milyon avro olacaq. Fransızlar eyni zamanda bonus olaraq 2 milyon avro və oyunçunun sonrakı satışından müəyyən faiz də alacaqlar.
NEOM hazırda 19 yaşlı yarımmüdafiəçi ilə şəxsi müqavilənin detallarını müzakirə edir.
Ötən mövsüm Buabre Fransa çempionatının 3, ölkə kubokunun isə bi bir oyununda iştirak edib.