
Püşkatmanın yeri bilindi
2026-cı il futbol üzrə dünya çempionatının püşkatma mərasimi Las-Veqasda keçiriləcək.
Sportlife.az xəbər verir ki, mərasim dekabrın 5-də baş tutacaq. Məkan "Paradise Sphere"dəki musiqi və əyləncə arenası olacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq.