
MLS klubu Avropadan futbolçu alır
"Los-Anceles" “Uotford”dan müdafiəçi Rayan Porteusla müqavilə imzalamağa yaxındır.
Sportlife.az xəbər verir ki, 26 yaşlı şotlandiyalı 2 ildir İngiltərədə çıxış edir. Onun hazırkı müqaviləsi 2027-ci ilə qədərdir və oyunçunun dəyəri 3 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, ötən mövsüm Porteus bütün yarışlarda 36 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.