"Çelsi" futbolçusunu satır

  • Dünən, 14:52

"Çelsi"nin müdafiəçisi İşe Samuels-Smit karyerasını Fransada davam etdirəcək. 

Sportlife.az xəbər verir ki, London klubu 19 yaşlı futbolçunu "Strasburq"a satacaq. Artıq şəxsi müqavilənin şərtləri ilə bağlı danışıqlar da yekunlaşmaq üzrədir.

Qeyd edək ki, İşe "Çelsi"yə iki il əvvəl "Everton"dan təxminən 4 milyon funt-sterlinqə keçib. O, ötən mövsüm "Çelsi"nin gənclər komandasında 31 matçda iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.


Paylaş: