"Bavariya" transferi açıqladı

  • Dünən, 13:11

"Bavariya" "Liverpul"un cinah hücumçusu Luis Diasın transferini açıqlayıb.

Sportlife.az xəbər verir ki, 28 yaşlı vinger Münhen klubu ilə 4 illik müqavilə imzalayıb. Transferin məbləğinin 75 milyon avro olduğu bildirilir.

Dias ötən mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib.


Paylaş: