
Noyer fikrini dəyişdi
"Bavariya"nın qapıçısı Manuel Noyer Almaniya millisinə qayıda bilər.
Sportlife.az xəbər verir ki, 2024-cü ilin avqustunda yığmadan ayrıldığını açıqlayan 39 yaşlı qolkiper fikrini dəyişib. O, 2026-cı ilin yayında keçiriləcək dünya çempionatında iştirak etmək istəyir.
Noyerin getməsindən sonra Almaniya millisinin bir nömrəli oyunçusuna çevrilən Mark-Andre ter Ştegen "Barselona"da çətin dövr keçirir və bu yaxınlarda belindən əməliyyat olunub. O, 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq.