Serbiya millisinin sabiq üzvü "Sumqayıt"da

  • Dünən, 12:38

"Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

Sportlife.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi ötən mövsümü Serbiyanın "Tekstilaç" klubunda keçirmiş Nikola Ninkoviç ilə 1+1 illik müqavilə imzalayıb. 30 yaşlı hücumameyilli yarımmüdafiəçi "Sumqayıt"da "10" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Nikola Ninkoviç karyerası ərzində "Partizan" (Serbiya), "Kyevo", "Empoli", "Cenoa", "Askoli", "Breşiya" (hamısı İtaliya) kimi klublarda çıxış edib. O, Serbiyanın, U-17, U-19 və U-21 millilərinin heyətinə də dəvət alıb.


Paylaş: