
Millinin sabiq üzvü müflis oldu
İngiltərə millisinin və "Mançester Siti"nin sabiq futbolçusu Trevor Sinkler müflis elan edilib.
Sportlife.az “Daily Mail”ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Vergi və Gömrük İdarəsi (HMRC) 52 yaşlı veteran oyunçunj 36 424 funt sterlinq (təxminən 84 min manat) məbləğində vergi və cərimələri ödəmədiyi üçün müflis elan edib.
Sinkler peşəkar karyerasını 2008-ci ildə başa vurub. Onun son klubu isə “Kardiff Siti” olub.
Qeyd edək ki, Trevor Sinkler İngiltərə millisində 12 oyun keçirib. O, karyerasını başa vurduqdan sonra televiziya və radioda şərhçi kimi fəaliyyətə başlayıb.