"İnter"dən Hakan Çalhanoğlu açıqlaması

  • Dünən, 10:53

"İnter" yarımmüdafiəçi Hakan Çalhanoğlu üçün heç bir təklif almayıb.

Sportlife.az xəbər verir ki, “Qalatasaray”dan kluba müraciət daxil olmayıb. Daha əvvəl Türkiyə mətbuatı İstanbul klubunun 31 yaşlı futbolçu ilə maraqlandığını yazmışdı.

Çalhanoğlu 2024/25 mövsümündə "İnter"in heyətində bütün turnirlərdə 47 matçda 11 qol vurub, 5 məhsuldar ötürmə edib. Onun Milan klubu ilə 2027-ci ilin yayınadək müqaviləsi  var.

Transfermarkt portalı futbolçunun transfer dəyərini 35 milyon avro qiymətləndirir.


Paylaş: