
Açerbi rəsmən “İnter”də
"Latsio"nun mərkəz müdafiəçisi Françesko Açerbi “İnter”ə keçib.
Sportlife.az xəbər verir ki, Milan təmsilçisi futbolçunu birdəfəlik transfer edib.
Bu keçid “İnter”ə 4 milyon avroya başa gəlib.
Qeyd edək ki, Açerbi ötən mövsümü icarə əsasında “neradzura”nın heyətində keçirib.