"Çelsi" də ona "elçi düşdü"

  • 27 May 2025, 18:30

"Ayntraxt"ın hücumçusu Yuqo Ekitike karyerasını İngiltərədə davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, 22 yaşlı forvardla "Çelsi" yaxından maraqlanır. London klubu həmçinin "Sportinq"dən Viktor Dyökereş və "İpsviç"dən Liam Delapı da izləyir.

Qeyd edək ki, 2024/25 mövsümündə Ekitike 48 oyun keçirib, 22 qol vurub və 12 məhsuldar ötürmə edib.


Paylaş: