İngiltərə çempionatını Liqa 1-ə dəyişir

  • 27 May 2025, 17:31

"Everton"un yarımmüdafiəçisi İdrissa Qeye karyerasını Fransada davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, bu mövsüm Liqa 1-də çıxış edəcək Paris klubu 35 yaşlı futbolçu ilə maraqlanır.

Seneqallı oyunçunun "Everton"la müqaviləsi gələn ay başa çatacaq.

Qeyd edək ki, Qeye cari mövsüm "Everton"da 40 oyun keçirib və 3 məhsuldar ötürmə edib.


Paylaş: