"Kluba təzyiq etmək fikrində deyiləm" - "İnter"in 35 yaşlı müdafiəçisi

  • 31 Mart 2023, 13:14

"İnter"in mərkəz müdafiəçisi Françesko Açerbi klubdakı gələcəyi barədə danışıb.

Sportlife.az DAZN-a istinadən xəbər verir ki, Milan klubu tərəfindən satın alma opsiyonu ilə "Latsio"dan icarəyə götürülən 35 yaşlı futbolçu klubda qalmaq istədiyini bildirib:

“Məni qarşıda “İnter”də oynayacağım 2 vacib ay gözləyir və əlimdən gələni etməyə çalışıram. Bundan sonra nə olacağını bilmirəm, indi buna əhəmiyyət də vermirəm. Buranı bəyənirəm və məndən asılı olsa, qalardım. Klubu tələsdirmək və təzyiq etmək fikrində deyiləm".


Paylaş: