
Modriç Şotlandiyada oynaya bilər
Klublararası dünya çempionatından sonra "Real"ı tərk edəcəyini açıqlayan Luka Modriç karyerasını Şotlandiyada davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, xorvatiyalı futbolçu ilə “Reyncers” yaxından maraqlanır. İddiaya görə, 39 yaşlı yarımmüdafiəçi Davide Ançelottini baş məşqçi təyin etməyə yaxın olan Şotlandiya klubuna keçmək variantını ciddi şəkildə düşünür.
Karlo Ançelottinin oğlu olan Davide 2021-ci ildən "Real"da atasının köməkçisi işləyirdi. 35 yaşlı mütəxəssis "Reyncers"də Barri Ferqyusonu əvəzləməyə əsas namizəddir.