Ukraynalı futbolçu ilə 6 illik müqavilə

  • 30 May 2025, 14:08

Yarımmüdafiəçi Yeqor Yarmolyuk və "Brentford" klubu müqavilənin müddətini uzadıb.

Sportlife.az xəbər verir ki, yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq və daha 12 ay uzadılması mümkündür.

21 yaşlı ukraynalı futbolçu "Dnepr"in yetirməsidir və  2023-cü ilin yayından "Brentford" da çıxış edir.


Paylaş: