
Siyasət Əsgərov üzr istədi
"İlk dəfədir komandanın bu qədər həyəcan içində meydana çıxdığını gördüm. Çoxlu səhvlərə yol verdik".
Sportlife.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
O, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Litva yığması ilə keçirilən ev oyununda qeydə alınmış 0:5 hesablı məğlubiyyəti şərh edib: “İlk 10 dəqiqədə buraxdığımız qollardan sonra oyunumuzda eniş baş verdi. Fasilədən sonra sistemdə dəyişiklik etdik. Ancaq bütünlüklə hücuma çıxdığın zaman istər-istəməz müdafiədə boşluq yaranır. Nəticədə daha bir qol buraxdıq. Bizi dəstəkləməyə gələn insanlara həm təşəkkür edirəm, həm də bu nəticəyə görə komanda adından onlardan üzr istəyirəm”.
Qeyd edək ki, yığmamız qrupda ilk məğlubiyyətini alaraq, 1-ci yeri tutmaq şansını itirib.