“Çelsi”nin futbolçusuna yeni müqavilə təklif olunacaq

  • 1 İyun 2025, 10:36

"Çelsi” yarımmüdafiəçi Moyzes Kaysedo ilə yaxşılaşdırılmış şərtlərlə yeni müqavilə imzalamağı planlaşdırır.

Sportlife.az xəbər verir ki, londonlular yalnız indi bu məsələ ilə bağlı hazırlıqlara başlayıb. Tərəflər arasında danışıqlar yaxın vaxtlarda başlayacaq.

Kaysedo “Çelsi”yə 2023-cü ildə qoşulub və müddəti 2031-ci ilə qədər olan müqavilə imzalayıb.

23 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 45 oyunda meydana çıxaraq, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.


Paylaş: