15 milyonluq fərq

  • 2 İyun 2025, 15:37

"Real" və "Benfika" müdafiəçi Alvaro Karrerasın transferi ilə bağlı razılığa gələ bilmir.

Sportlife.az xəbər verir ki, Madrid klubu 22 yaşlı ispan futbolçu üçün 35 milyon avro təklif edir. "Benfika" isə 50 milyon avroluq təklif gözləyir.

Qeyd edək ki, Karrerasın klubla müqaviləsi 2029-cu il iyunun 30-da başa çatacaq.


Paylaş: