
Volkov yığmaya qayıtdı
“Zirə” klubunun futbolçusu Davit Volkov yenidən Gürcüstan millisinə dəvət alıb.
Sportlife.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, buna Budu Zivzivadze və Giorgi Zarianın zədə səbəbindən yığmanın heyətindən çıxarılması səbəb olub.
Baş məşqçi Villi Sanyol həmin futbolçuların əvəzinə Volkovu komandaya cəlb edib.
Qeyd edək ki, Gürcüstan millisi iyunun 5-də Farer adaları, 8-də isə Kabo-Verde yığması ilə yoldaşlıq oyunu keçirəcək.