"Liverpul"a rəsmi təklif gəlməyib

  • Dünən, 15:09

"Liverpul" yarımmüdafiəçi Luis Diasın transferi ilə bağlı digər klublardan təklif almayıb.

Sportlife.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nassr” və “Əl-Hilal” klublarının, həmçinin “Barselona”nın nümayəndələri futbolçunun özü ilə əlaqə saxlayıb.

Lakin kluba rəsmi müraciət daxil olmayıb. "Liverpul" kolumbiyalı ilə müqaviləni uzatmaq fikrində deyil.

Dias 2024/25 mövsümündə "Liverpul"un heyətində 50 matçda 17 qol vurub və 8 məhsuldar ötürmə edib.


Paylaş: