
Levandovski Koxalskini təriflədi
"Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin sabiq məşqçisi Mariuş Levandovski qolkiperin ilk dəfə Polşa millisinə çağırılmasını dəyərləndirib.
Sportlife.az xəbər verir ki, mütəxəssis "Fakt" nəşrinə açıqlamasında "Radomyak"da birlikdə çalışdığı oyunçu haqda bunları deyib:
"Koxalski çalışqan insandır. Onunla bağlı heç vaxt problem olmayıb. Texniki cəhətdən yaxşı qapıçıdır. Millinin qapıçı məşqçisinə də təşəkkür düşür. Zaman dayanmır. Bir periodda onunla çalışmışdıq. İndi yerini tapıb, inkişaf edib və özünü sübut edə bilir".
Xatırladaq ki, Polşa millisi iyunun 6-da Moldova ilə yoldaşlıq oyunu keçirəcək, 4 gün sonra isə DÇ-2026-nın seçmə mərhələsində Finlandiya ilə qarşılaşacaq.