
"Neftçi"də daha 2 ayrılıq
“Neftçi” klubu daha 2 futbolçu ilə yolları ayırıb.
Sportlife.az xəbər verir ki, Robert Bauer və Rafael Quzzo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, paytaxt təmsilçisi daha əvvəl 7 oyunçu ilə vidalaşıb. Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdi ilə müqavilə yenilənməyib.
İcarə müddəti bitən Rüstəm Samiqullin isə məxsus olduğu “Sabah” klubuna qayıdıb