
PFL "Araz-Naxçıvan"ı darmadağın etdi
Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.
Sportlife.az xəbər verir ki, finalda "Araz-Naxçıvan" və PFL komandaları üz-üzə gəliblər.
PFL həlledici qarşılaşmada qalib gəlib. Komanda rəqibini 7:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, "Araz-Naxçıvan" başa çatan mövsümdə 52 xalla Yüksək Liqada çempion olub. PFL isə I Liqanı 30 xalla ilk sırada bitirib.