
Yığmamız reytinqdə gerilədi
Qadın seriyasının Bakı mərhələsindən sonra basketbolun 3x3 növü üzrə komandaların dünya reytinqi açıqlanıb.
Sportlife.az xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi də siyahıda yer alıb.
Yığmamız dünyada 30-cudur. Komandanın hesabında 83,991 xal var.
20,430 xal itirən millimiz ötən siyahı ilə müqayisədə 2 pillə geriləyib.
Qeyd edək ki, cədvələ Niderland millisi başçılıq edir – 533,533 xal.