"Neftçi"də 7 ayrılıq - RƏSMİ

  • 31 May 2025, 12:06

“Neftçi” 7 futbolçu ilə yollarını ayırıb.

Sportlife.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdinin müqavilə müddəti başa çatıb. Bu oyunçularla sözləşmə yenilənməyib.

Həmçinin icarə müqaviləsi bitən Rüstəm Samiqullin məxsus olduğu “Sabah” klubuna qayıdıb.


Paylaş: