
“Qalatasaray” fransalı forvardı istəyir
"Qalatasaray" rəhbərliyi Viktor Osimheni komandada saxlaya bilməyəcəyi təqdirdə, kimi heyətinə qatacağını dəqiqləşdirib.
Sportlife.az istinadən xəbər verir ki, Türkiyə çempionu Kolo Muani ilə yaxından maraqlanır.
İstanbul təmsilçisi PSJ-nin forvardını transfer etmək üçün lazımı təklifi irəli sürəcək.
Muaninin PSJ ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, əvvəllər "Nant", "Bulon", "Ayntraxt"(Frankfurt) komandalarında çıxış edib.