
"Yuventus"un əfsanəsinə yeni vəzifə verildi
"Yuventus"un sabiq müdafiəçisi Corcio Kyellini Turin klubunun strukturunda yeni vəzifə alıb.
Sportlife.az xəbər verir ki, o, klubun futbol strategiyası üzrə direktor vəzifəsinin icrasına başlayıb. Əvvəllər 40 yaşlı veteran müdafiəçi futbol qurumları ilə əlaqələrə nəzarət edirdi.
Kyellini İtaliya millisi ilə Avropa çempionu olub. O, 2005-2022-ci illərdə "Yuventus"da çıxış edib və ümumilikdə 424 oyun keçirib.