"Zirə"nin daha 2 legioneri yığmada

  • 3 İyun 2025, 18:37

“Zirə” komandasının daha iki futbolçusu milli komandalara çağırılıb.

Sportlife.az xəbər verir ki, Anje Mutsinzi Ruanda, İssa Cibriel Niger yığmasına dəvət alıb.

Ruanda seçməsi iyunun 5-də Əlcəzair, Niger isə ayın 7-də Qabonla yoldaşlıq oyunu keçirəcək.

Qeyd edək ki, Davit Volkov isə Gürcüstan millisinə dəvət olunub.


Paylaş: