
"Qalatasaray" ulduz futbolçu ilə maraqlanır
"Mançester Yunayted"i tərk edəcəyi gözlənilən Ceydon Sanço 2 klubdan təklif alıb.
Sportlife.az xəbər verir ki, futbolçu ilə "Aston Villa" və "Qalatasaray" maraqlanır.
Lakin yarımmüdafiəçinin yüksək maaş tələbləri klubları çətin vəziyyətdə qoya bilər.
Qeyd edək ki, Sanço ötən mövsümü icarə əsasında "Çelsi"də keçirib.