
FİF-in gərliləri artdı
AFFA tərəfindən təsis olunan Futbolun İnkişaf Fondu (FİF) son 3 illə bağlı maliyyə hesabatını açıqlayıb.
Sportlife.az xəbər verir ki, hesabatda fondun 2022, 2023, 2024-cü illərdəki xərcləri və əldə etdiyi gəlirlər də göstərilib.
Qurumun 2022-ci ildəki gəlirləri 350 min 676 manat təşkil edib. 2023-cü ildə büdcəsinə 511 min 206 manat əlavə edən FİF, 2024-cü ildə 449 min 12 manat qazanıb.
2022-ci ildə büdcəsindən 379 min 249 manat xərcləyən fondun 2023-cü ildəki xərcləri 511 min 718 manat təşkil edib. Qurumun ötənilki xərcləri isə 471 min 809 manat olub.
Qeyd edək ki, FİF 2016-cı ildə AFFA tərəfindən təsis olunub.