"Lion" ilk təklifi rədd etdi

  • Dünən, 11:34

"Lion" "Mançester Siti"nin yarımmüdafiəçi Rayan Çerki üçün ilkin təklifini rədd edib.

Sportlife.az xəbər verir ki, İngiltərə klubu 21 yaşlı fransız üçün 23 milyon avroluq təklif göndərib.

"Şəhərlilər" artıq Çerki ilə müqavilənin detallarını razılaşdırıb və yayda müqavilə imzalamağa ümid edir. Futbolçunun özü də klublararası dünya çempionatında oynamaq istəyir.

2024/25 mövsümündə yarımmüdafiəçi bütün turnirlərdə "Lion"un heyətində 44 matçda 12 qol vurub və 20 məhsuldar ötürmə edib.


Paylaş: