
"Nyukasl"da 18 yaşlı vinger
"Malaqa"nın vingeri Antonio Kordero "Nyukasl"la müqavilə imzalayıb.
Sportlife.az xəbər verir ki, 18 yaşlı futbolçu ilə sözləşmənin detalları açıqlanmayıb.
Kordero ingilis klubuna iyulun 1-də, "Malaqa" ilə müqaviləsi başa çatdıqdan sonra qoşulacaq.
Ötən mövsüm Kordero 40 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.