Şahmatçılarımız 625 min dollarlıq turnirdə

  • Dünən, 12:57

Bu ilin sentyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək "Grand Swiss" turnirində iştirak edəcək Azərbaycan şahmatçıları bəlli olub.

Sportlife.az Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən xəbər verir ki, kişilərin yarışında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Eltac Səfərli, qadınların mübarizəsində Günay Məmmədzadə qüvvəsini sınayacaq. Gövhər Beydullayeva isə ehtiyat şahmatçılar arasında yer alıb.

Qeyd edək ki, sentyabrın 3-dən 16-dək təşkil olunacaq "Grand Swiss" turniri 11 turdan ibarət olacaq. Həm kişilərin, həm də qadınların yarışında ilk iki pilləni tutan iştirakçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.

Nüfuzlu turnirin mükafat fondu 36 faiz artırılıb. Belə ki, mükafat fondu kişilərin yarışı üçün 625 min ABŞ dolları, qadın şahmatçılar üçün 230 min dollar təşkil edir.


Paylaş: