
Mikels: "Yeni komandayıq, zamana ehtiyacımız var" - VİDEO
"Karvan-Yexlax"ın hücumçusu Coy-Slayd Mikels Azərbaycan Premyer Liqasının ilk turunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə fikirlərini bölüşüb.
Almaniyalı futbolçu Sportlife.az saytına açıqlamasında bunları deyib:
"Oyunun əvvəli çətin oldu. Premyer Liqaya yeni çıxmış komandayıq. Zamana ehtiyacımız var, yeni komandayıq. Ümidvaram ki, gələcək oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik".