
Adıgözəlovun yanlış hesabı
AFFA-nın İcraiyyə Komitəsinin qərarlarına təsir imkanları olan "Sabah" rəhbərliyi, xüsusilə Maqsud Adıgözəlov inanırdı ki, legioner limiti ləğv olunsa, "Qarabağ"ı belə geridə qoyacaq uğurlar qazana bilərlər. Lakin reallıq gözləniləni deyil, əksini göstərdi: avrokuboklarda yalnız bir mərhələ keçildi və Premyer Liqaya dönüş...
Adıgözəlov elə bilirdi ki, legioner futbolçular hesabına yaxşı işlər görmək asan olar. Bəs indi necə? Görəsən, "Qarabağ"ın büdcəsinə yaxın büdcə ilə iş görə bilməməsi barədə onu sorğu-suala çəkən olacaq? Ötən mövsüm gücü yalnız 5-ci yer və ölkə kubokunu qazanmağa çatan klubun avrokuboklardakı uğursuzluğu kimin boynuna biçiləcək?
Klubun "Sabah bizik" devizi gələn ilə ertələndi. Bütün bu uğursuzluqların fonunda Maqsud Adıgözəlov sabah yenə də bu klubun başında olacaq?
Mirələm HƏSƏNLİ