Ay Zaur… 0:9 nə idi belə?

  • Bu gün, 11:08

"Araz-Naxçıvan" avrokuboklara ümidverici başlasa da, "Omoniya"ya 2 oyuna 0:9 hesabı ilə uduzması Azərbaycan futbolu tarixinə rüsvayçılıq kimi yazıldı. Bu nəticə göstərdi ki, büdcə artımı və legioner bolluğu sistemsiz idarəçiliyin eybəcərliyini ört-basdır etmir. Zaur Axundovun ağlı futzala getməsin, futbolda nəticə vermək asan məsələ deyil.

Bəlkə də Axundovun ilk hədəfi Elmar Baxşıyev olacaq. Ya ona vaxt verəcək, ya da tezliklə yeni baş məşqçi ilə əvəzləyəcək. Əvvəllər etdiyi kimi...  Ancaq bu komandanı nə yeni məşqçi, nə də tez-tez legionerlərin yerini dəyişmək xilas edə bilər.

Peşəkar klub modeli, uzunmüddətli strategiya və şəffaf idarəçilik olmadan yüksək büdcələr Avropada rəqib qarşısında aciz qalır. Futbolun yazılmamış qanunu budur: planlı inkişaf və sabit sistem qurulmadan uğur mümkünsüzdür. Peşəkar klublar belə məğlubiyyətlərdən sonra köklü islahatlara gedirlər. Zaur Axundov bu tarixi dərsi qəbul edəcəkmi? Yoxsa bu dövr də əvvəlkilər kimi yaddaşlardan silinəcək?

Mirələm HƏSƏNLİ 


Paylaş: