
"Qarabağ"la oyunun mahiyyəti fərqlidir"
"Biz ilk matçda meydana mərhələnin taleyini həll etmək niyyəti ilə çıxmayacağıq. Oyunun mahiyyəti belə deyil".
Sportlife.az xəbər verir ki, Macarıstanın "Ferensvaroş" komandasının qapıçısı Deneş Dibus UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.
Qolkiper evdəki ilk matçda böyük hesab gözləmədiyini bildirib: "Rəqibi tanımaq və cavab görüşünə üstünlüklə getməyimiz vacibdir. Düşünürəm ki, təxminən eyni gücə malik komandalar qarşılaşacaq. Məncə, xırda detallar çox şeyi həll edə bilər. Meydanda əlimizdən gələni etməliyik. Hər şey istədiyimiz kimi getsə, Çempionlar Liqasının Liqa mərhələsində olmaq şansımız var".
Qeyd edək ki, "Qarabağ"la "Ferensvaroş" arasında ilk oyun avqusun 19-da Macarıstanda keçiriləcək. Cavab matçı isə 27 avqust tarixində Bakıda baş tutacaq.