
"Kəpəz"də 3 yeni müqavilə
"Kəpəz" 3 futbolçu ilə müqaviləni yeniləyib.
Sportlife.az xəbər verir ki, Əli Səmədov və Məmməd Hüseynovla 1, Ümid Səmədovla 2 illik anlaşma imzalanıb.
Əli son çempionatda 24 oyun keçirərək 1 qol vurub, eyni sayda assist edib. Məmməd 7 matçda "Kəpəz"in qapısını qoruyub. Ümid isə 11 görüşdə meydana çıxıb.