"Arsenal"ın sabiq üzvü "Neftçi"də?

  • Dünən, 11:20

"Neftçi" heyətini daha bir yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədir.

Sportlife.az xəbər verir ki, "ağ-qaralar" ingiltərəli futbolçu Coş Dasilvanı transfer etmək imkanını nəzərdən keçirir.

İddiaya görə, danışıqlar ilkin mərhələdədir. Yekun nəticə oyunçunun İngiltərəni Azərbaycan Premyer Liqasına dəyişmək istəyindən asılıdır.

Qeyd edək ki, Coş Dasilva"Arsenal"ın yetirməsidir. O, 2018-ci ildən "Brentford"un uğurları üçün çalışıb. Hazırda sərbəst futbolçu olan oyunçu son dönəmlərdə zədədən əziyyət çəkib. O, sonuncu rəsmi matçına 2024-cü ilin yanvarında "Tottenhem"ə qarşı çempionat matçında çıxıb.


Paylaş: