Berdiyev: "Hədəfimiz ciddidir"

  • Dünən, 19:30

Azərbaycan Premyer Liqasının I turunun “İmişli” – “Turan Tovuz” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Berdiyev jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

– Təxmin etdiyimiz kimi ilk oyun ağır oldu. Rəqib yaxşı müdafiə olunurdu. Şükürlər olsun, qələbə qazandıq.

– Qol vurmaqda çətinlik çəkirsiniz. Bu problemi necə həll etməyi düşünürsünüz?
– İlk oyunlar həmişə çətin olur. Toplanışa gec qoşulan oyunçular oldu. İbrahima Vadjiyə hazır olmaqçün vaxt lazımdır.

– İlk hissədə futbolçulara tez-tez əsəbləşirdiniz. Hansı tapşırıqlarınızı icra edə bilmirdilər?
– Bəzi məqamlar var ki, işləmişdik, amma alınmadı.

– Klub rəhbəri hədəflərinin çempionluq olduğunu dedi. Bugünkü oyunla həmin iddialara kölgə düşmədi?
– Hədəf ciddidir və buna çatmağa çalışacağıq.

– Komandanın sol cinahında solaxay müdafiəçinin olmamağı problemdir?
– Düzdür, bu mövqe güclənməlidir. Müəyyən danışıqlarımız var.

– Neçə oyunçu transferi gözlənilir?
– Azı 2 futbolçu istərdik, görək necə alınır.

– Rəhim Sadıxovun sona qədər meydanda qalmasının səbəbi nə idi?
– Rəhimin pis oynadığını düşünmürəm. Böyük iş gördü.

– David Tavareş nə üçün heyətdə yox idi?
– Təəssüf ki, zədələnib.Yavaş-yavaş bərpa olur. Güman edirik ki, bizə kömək edəcək.

– Veysəl Rzayev meydana daxil olandan sonra top ona gələndə azarkeşlər tərəfindən fitə basılırdı. Azarkeşlərlə arasında olan problem Veysəlin oyununa necə təsir edəcək?
– Veysəl oyunçumuzdur. Digərlərinə olduğu kimi ona da eyni yanaşıram.

– Kapitan Şəhriyar Əliyevin kənarda qalması nə ilə bağlıdır?
– Rəqabətlə bağlıdır. Bu mövsüm müdafiədə güclü rəqabət var. Bununla bağlı məsələdir. Kim güclüdürsə, o da oynayır.

– Veysəl Rzayevin azarkeşlərlə arasını düzəltməyə çalışacaqsınız?
– Bəli, çalışacağıq.


Paylaş: