
Hakimimiz karyerasını bitirir
Azərbaycanın basketbol hakimi Ələkbər Həsənov FIBA-nın bayrağı altında keçirilən beynəlxalq yarışlarda bu gün ədalət təmsilçisi kimi son oyununa çıxacaq.
Sportlife.az xəbər verir ki, o, Gürcüstanda təşkil olunan 16 yaşadək oğlanlar arasında Avropa Çempionatında üçüncü yer uğrunda görüşü idarə edəcək.
Sloveniya - İtaliya qarşılaşması Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.