"Qələbə qazanmaq istəyirdik, alınmadı" - VİDEO

  • Dünən, 13:10

"Qəbələ"nin futbolçusu Şahin Şahniyarov Azərbaycan Premyer Liqasının ilk turunda "Karvan-Yevlax"la 1:1 hesablı heç-heçə etdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Millimizin yarımmüdafiəçisi Sportlife.az saytına açıqlamasında bunları deyib:

"Çətin oyun olacağını bilirdik. Ona görə də matça yaxşı hazırlaşmışdıq. Ümumiyyətlə, mövsüm öncəsi hazırlıq prosesi həm fiziki, həm də yoxlama oyunları baxımından yaxşı keçdi. Qələbə qazanmaq istəyirik. Təəssüf ki, istəyimizə nail ola bilmədik. Yaxşı oyun alındı. Gələcəkdə daha yaxşı nəticələr qazanmağa çalışacağıq".


Paylaş: