"Qarabağ"la oyundan öncə ayrılıq

  • Dünən, 12:43

Macarıstan "Ferensvaroş"unun futbolçusu Raul Qustavo ABŞ-ın "Nyu York Siti" klubuna keçib.

Sportlife.az Budapeşt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı mərkəz yarımmüdafiəçisinin transferi "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının pley-off matçlarından öncə gerçəkləşib.

Braziliyalı oyunçu qarşıdakı görüşlərin iştirak ərizəsinə daxil edilməyib.

Raul Qustavo "Ferensvaroş"a 2024-cü ilin yayında gəlib. O, ötən ilin oktyabrında ciddi zədə alaraq, Macarıstan çempionatının 9 turunu buraxmalı olub. "Sambaçı" paytaxt komandasında ümumilikdə 31 oyun keçirib və ölkə çempionu titulunu qazanıb.

Qeyd edək ki, "Ferensvaroş" "Qarabağ"a qarşı ilk oyununu avqustun 19-da evdə, cavab görüşünü avqustun 27-də Bakıda keçirəcək.


Paylaş: