"Bunu "Qəbələ" ilə matçda meydanda göstərdik" - VİDEO

  • Bu gün, 10:54

"Karvan-Yevlax"ın hücumçusu Kayl Spens Azərbaycan Premyer Liqasının ilk turunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu dəyərləndirib.

İngiltərəli forvard Sportlife.az saytına açıqlamasında bunları söyləyib:

"Mövsümöncəsi komanda olaraq yaxşı hazırlıq keçmişik. Məşqlərdə tapşırıqların hamısını icra etməyə çalışmışıq. Bunu "Qəbələ" ilə matçda meydanda göstərdik. Düzdür, qələbə qazana bilmədik, matç heç-heçə ilə başa çatdı. Amma oyunlar hələ qarşıdadı, bizi çox görüş gözləyir".


Paylaş: