
Simeonedən arzuolunmaz ilk
La Liqanın I turunda "Atletiko" səfərdə "Espanyol"a 1:2 hesabı ilə uduzub.
Sportlife.az xəbər verir ki, Madrid klubu Dieqo Simeonenin rəhbərliyi altında ilk dəfə İspaniya çempionatına məğlubiyyətlə başlayıb.
Bu, həmçinin komandanın 2009-cu ildən sonra La Liqanın açılış matçında ilk məğlubiyyətidir.