
MY ingiltərəli futbolçu ilə maraqlanır
İngiltərənin "Mançester Yunayted" klubu "Kristal Pelas"ın futbolçusu Adam Uortonla maraqlanır.
Sportlife.az "Talksport"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 21 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq imkanını nəzərdən keçirir.
Onun hazırkı klubu ilə 2029-cu ilin yayınadək müqaviləsi var.
Qeyd edək ki, İngiltərə millisinin üzvü 2024/2025 mövsümündə "Kristal Pelas"da 27 oyuna 2 məhsuldar ötürmə ilə yadda qalıb.