
Premyer Liqa klubundan 30 milyonluq transfer
"Nottingem Forest" "Renn"in hücumçusu Arnaud Kalimuendonu transfer edib.
Sportlife.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
Premyer Liqa klubu bu keçid üçün 30 milyon avro xərcləyib.
Kalimuendo ötən mövsüm 34 matçda 18 qol vurub və 4 məhsuldar ötürmə edib.