Rahid Əmirquliyev klub prezidenti oldu

  • Bu gün, 18:50

Ötən mövsüm Azərbaycan II Liqasının qalibi olan "Şahdağ Qusar" fəaliyyətini dayandırmayacaq.

Sportlife.az xəbər verir ki, bölgə təmsilçisi vəsiqə qazandığı I Liqada mübarizə aparacaq.

Artıq kluba yeni rəhbər də təyin olunub. Bu, hazırda komandada çıxış edən Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Rahid Əmirquliyevdir.

Təcrübəli oyunçu bundan sonra həm kluba rəhbərlik edəcək, həm də futbolçu kimi çıxışını davam etdirəcək.

Qeyd edək ki, bir müddət öncə "Şahdağ Qusar"ın dağılacağı ilə bağlı xəbərlər yayılmışdı.


Paylaş: