Banişevski ailəsi "Neftçi"nin bazasında

  • Bu gün, 18:33

Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevskinin ailə üzvləri – həyat yoldaşı İnna Banişevskaya, qızı Milena Həsənova, nəvəsi Eldar Həsənov və veteran hakim Rüstəm Rəhimov “Palms Sports” Futbol Mərkəzində “Neftçi”nin qonağı olub.

Klubdan Sportlife.az-a verilən məlumata görə, paytaxt təmsilçisinin baş icraçı direktoru Cenk Sümer mərhum futbolçunun ailəsinə üzərində Anatoli Banişevskinin soyadı və “9” rəqəmi olan xatirə forması hədiyyə edib.

Görüşdə gələn il fevralın 23-də 80 illik yubileyi olacaq Anatoli Banişevskinin xatirəsinə həsr olunacaq, klub tərəfindən planlaşdırılan tədbirlərlə bağlı ailəsinə məlumat verilib.

Qeyd edək ki, əfsanəvi futbolçunun ailə üzvləri avqustun 16-da keçirilmiş “Neftçi” – “Şamaxı” matçına (1:1) klub tərəfindən dəvət alsalar da, şəxsi işləri ilə əlaqədar stadiona gələ bilməyiblər.


Paylaş: