
DÇ-nin formatı dəyişdirilir
FİFA klublararası dünya çempionatının formatını dəyişdirməyi düşünür.
Sportlife.az xəbər verir ki, turnirin iki ildən bir keçirilməsi planlaşdırılır. 2029-cu ildən başlayaraq iştirakçıların sayı 32 komandadan 48-ə çatdırılacaq.
Bundan əlavə, təqvimi boşaltmaq üçün milli komandaların iyulda keçirəcəyi yoldaşlıq oyunlarının ləğvi nəzərdə tutulub.